DÖRD DİVAR ARASINDA SAXLAMAQ

ətraf aləmdən təcrid etmək, başqaları ilə əlaqə saxlamağa imkan verməmək; ~ qəfəsdə saxlamaq.

DÖRD DİVAR ARASINDA QALMAQ
DÖRD DOLANMAQ
OBASTAN VİKİ
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Divar (1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Divar kağızı
Divar kağızı — evlər və binalar daxilində divarları əhatə etmək üçün istifadə olunan kağız. Divar kağızı boyamaq yerinə binaların daxilini bəzəmək üçün istifadə olunur. "Divar kağızı" həmçinin kompüter monitorunnda rəsm üçün bir söz.
Divar kərtənkələsi
Divar kərtənkələsi (lat. Podarcis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Divar kərtənkələləri bir növ Lacerta bənzəyirlər. Hətta sklet quruluşu və pulcuqların düzülüşü eynidir. == Yayılması == Divar kərtənkələləri əsasən Aralıq dənizi hövzəsi ərazilərində:Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiya ərazilərində rast gəlinir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dörd kitab
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.
On dörd
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz dörd
Otuz dörd — say sistemində ədədlərdən biridir. Otuz üçdən sonra, otuz beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 17 və 34 ədədlərinə qalıqsız bölünür.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Yetmiş dörd
Yetmiş dörd — say sistemində ədədlərdən biridir. Yetmiş üçdən sonra, yetmiş beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi dörd
İyirmi dörd — say sistemində ədədlərdən biridir. İyirmi üçdən sonra, iyirmi beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli dörd
Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür.
Divar (film, 1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir.Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsi ilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. == Təsvir == Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır. == İstinadlar == == Ədəbiyyat == Zamanov, Nadir.
İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap olunan “İki od arasında” romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. == Məzmun == Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «İki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin - Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M.P.Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.
Diverqent 3: Divar arxasında
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
автометри́я валя́ние инаугура́ция морозоусто́йчивость мя́кенький пломбирова́ние поддува́льце расцело́вываться се́тка ткач беспу́тница дры́хать кандидату́ра не до переломи́ть подшпи́лить руче́й си́напс хля́бко хоздво́р лозг asininity crest encyclopaedial идеализм